Mühüm TƏKLİF: "Pay torpağı olanlara da 190 manat verilsin” 

“Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”
“Sherg.az”ın xəbərinə görə, bu təkliflə Milli Məclisin plenar iclasında millət vəkili Əli Məsimli çıxış edib.
Deputat bildirib ki, yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb: 
“Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”.