“İcra başçıları torpaq ələ keçirməklə məşğuldurlar”

“Azərbaycanda çox ciddi dəyişiklik prosesi getməkdədir”.

“Sherg.az”ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.

Deputat vurğulayıb ki, ölkə başçısı bundan öncə də hansısa kadrı təyin edəndə ona müvafiq tapşırıqlar verirdi, ancaq son zamanlarda yeni taktikaya üstünlük verilib: 

“Ölkə başçısı son dövrlərdə yeni üsul tapıb. Prezident yeni kadr təyin edəndə ona verdiyi tapşırıqları ictimaiyyətə çatdırır və bununla da vətəndaş bilir ki, icra başçısından və digər məmurdan nəyi tələb edəcək. Son zamanlarda icra başçılarının həbsi ilə bağlı məsələ ortaya çıxanda bir şeyi müşahidə etdik. Yerlərdə icra başçıları saxta yolla sahibkarların və vətəndaşların torpaqlarını ələ keçiriblər. Əgər bu gün sahibkarlar ayaq üstə qalıbsa, onların bu fəaliyyətini qəhrəmanlıq kimi dəyərləndirmək lazımdır. Bütün bu halların qarşısının alınması üçün ölkədə ədalətli məhkəmə sistemi yaradılmalıdır. Ədalətli məhkəmə sistemi yaradılmadan  həyata keçirilən digər islahatlarən nəticəsi olmayacaq”.