“Gənclər həmişə dövlət siyasətinin mərkəzindədirlər”

Dünən Prezident İlham Əliyev yeni DOST mərkəzinin açılışında iştirak edib. Ölkə başçısı çıxışında gənclər siyasəti haqqında da danışıb. Bildirib ki, Azərbaycan gəncləri dövlətin inkişafında çox fəal rol oynayırlar. Gənclərin bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verdiyi vurğulanıb. 
 Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov “Sherg.az”a açıqlamasında gənclərin həmişə dövlət siyasətinin mərkəzində olduğunu deyib:

“Dövlətimiz gəncliyə xüsusi verir. Biz 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra bunu daha aydın hiss etdik. Artıq yerli icra strukturlarına, diplomatik nümayəndəliklərə, hüquq-mühafizə orqanlarına və digər məsul vəzifələrə gənclər təyin edilir. Gənclər etimadı doğrultmalıdırlar. Onlar səlahiyyətlərinin öhdəsindən layiqincə gəlməklə Azərbaycanın çiçəklənməsində, inkişafında birbaşa icraçı olmalıdırlar”.