Flora Kərimova: "Dilim donub “bayram” deyib, təbrik edə bilmirəm"


 Bu gün müsəlman aləminin Ramazan bayramıdır. Hamı bir-birini təbrik edərək, bayramlaşır. Elə bu məqamda korifey sənətkarımız, xalq artisti Flora Kərimovanın ürək sızıldadan sözləri diqqətimizi çəkdi.
 
"Sherg.az" xəbər verir ki, sevilən sənətkarımız şəhid əsgərimizin şəklini paylaşaraq bu qəmgin və acı sözləri qələmə alıb:


- Millətim, bağışlayın məni. Mən mənəvi və cismi şikəstəm! Dilim donub “bayram” deyib, təbrik edə bilmirəm. Ermənilər bizi Şuşamda öz bayramlarını etməklə, həyata təzə göz açan oğul balamız - şəhidlərimizlə  artıq təbrik etdi! Şəklinə baxıb, içim qanla ağlayır! Bu çirkabı, bu rüsvayçılığı, bu rəzilliyi, rəzaləti üzümdən silməyə taqətim qalmadı! Sadəcə deyirəm - dualarımız qəbul olsun!