“Vətəndaşlar sosial məsuliyyət hissini artırmalıdırlar”

“İnsanlar özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar”

“Xüsusilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməlidirlər”




“Əgər mövcud qaydalara riayət olunmazsa prosesin ikinci dalğası başlaya bilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. 
Deputat bildirib ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması və yumşaldıcı tədbirlər vətəndaşların əvvəlki həyat tərzinə geri dönməsi anlamına gəlməməlidir: 

“Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təəssüf hissi doğurur. Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır.

Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Xüsusilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdır. Vətəndaşlar qaydalara mütləq qaydada riayət etməlidir”. 

Parlament üzvünun sözlərinə görə, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə bilər: 

“Müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. İctimai nəzarət və ictimai qınaq ön plana çəkilməli, xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir”.