“Qalan pullar sosial xərclərin ödənilməsinə yönəlib" - Komitə sədri

“Büdcənin 97 faiz icra edilməsi dünyada yaxşı nəticə kimi qəbul olunur".
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Deputat bildirib ki, büdcə xərclərindən qalan pullar sosial xərclərin ödənilməsinə yönəlib:

“Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən oğurlanan pulların qarşısını alırsa, bunun nəyi pisdir? Xərclənir, deyirlər niyə xərclənir, xərclənməsə, deyilir, niyə xərclənmir?! Bu gün büdcə xərcləri qənaət rejimində yerinə yetirilir”.