“Toppuş bacı”dan içacıdan SÖZLƏR: “...Üçüncü səfər olmayacaq! - TƏSİRLİ FOTO !

Uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tunzalə Əliyevanın yenidən vəziyyəti pisləşib. O yenidən kimya terapiyalara başlayıb və  saçlarını kəsdirməli olub. 
"Sherg.az" xəbər  verir ki, bu barədə əməkdar artistin özü rəsmi instaqram səhifəsində yoldaşı ilə şəklini paylaşaraq yazıb:
"Artıq ikinci dəfədir ki, saçlarımı qırxmaq məcburiyyətində qaldım. İnşallah üçüncü səfər olmayacaq, həkimlərimin sayəsində sağalacam. Dualarınızı əskik etməyin, Allah hər birimizə kömək olsun, Amin !"