"Mən 6 aydır pul üzü görmürəm" - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev "Fatehin divanı" verilişində pandemiya ərəfəsində toyların müvəqqəti qadağan edilməsindən danışıb. Lent.az -ın məlumatına görə, ifaçı sənət adamlarının maddi sıxıntı çəkdiyini bildirib:

"Bu yaxınlarda eşitdim ki, Azərbaycan iqtisadiyatındakı insanların 42 faizi toy biznesinə görə pul qazanır. Bilmirəm düzdür, ya yox. Lap düz olsa, 22 faiz. Dörd aydır işləməyən sahədir.

Sonuncu dəfə toya yanvarda getmişəm. 6 aydır pul üzü görmürəm. 31 il ərzində kənara nəsə atırdım. Bunu da bir il xərcləyim, sonra nə edəcəm? Gileylənən insanlara heç nə deyə bilmərəm. Ümid edirəm ki, bu mübarizə qələbə ilə nəticələnəck və həmkarlarım toya qayıdacaq".