İndi birlik zamanıdır! – "Virusla mübarizəni gücləndirmək lazımdır”

“Hər kəs maskadan, gigiyenik vasitələrdən istifadə etməli, sosial məsafə saxlamalıdır”

“Özümüzü və ailəmizi bu bəladan kənarda saxlamalıyıq”



“Koronavirus pandemiyası ətrafında yaşanan proseslər hamımız üçün bir növ sınaqdır”. 
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy deyib.
Gənc analitik bildirib ki, indiki məqamda sadəcə özümüzü deyil, ətrafımızdakı insanları da nəzərə almaq məcburiyyətindəyik: 

“Koronavirus pandemiyası çox can aldı. Ona görə də daha məsuliyyətli olmalıyıq. Əsas problem odur ki, insanların bir qismi hələ də virusun olmasına inanmır. Ən böyük təhlükə məhz budur. İstənilən halda ehtiyatlı davranmalı və bu prosesin son nəticədə ölümümüzə səbəbiyyət verməsinə imkan verməməliyik.

Çox təəssüflər olsun ki, sərt karantin rejimi təyin olunmasına rəğmən, yoluxma və ölüm sayı azalmır. Həqiqətən böyük təhlükə ilə qarşı-qarşıya qalmışıq. İndi birlik zamanıdır! Virusla mübarizə zamanıdır. Təbliğatı gücləndirmək lazımdır.

Hər kəs maskadan, gigiyenik vasitələrdən istifadə etməli, sosial məsafə saxlamalıdır. Hazırda çox dəhşətli mənzərələrə şahidlik edirik. Hamı təhlükənin miqyasını anlamalıdır. İnsanlar hər gün həyatını itirir.

Əziz həmvətənlərim, çox diqqətli olmalıyıq, virusa inanmaq və ya inanmamaq vacib deyil. Özümüzü və ailəmizi bu bəladan kənarda saxlamalıyıq”.