“Vətəndaşlar da həmrəylik göstərməlidirlər”

“Bütün təbdirləri dövlətdən gözləmək olmaz.  Bu işdə əhalinin məsuliyyətli olması lazımdır”

Ölkəmiz koronavirus infeksiyası ilə mübarizədə bütün təbdirləri həyata keçirir. Virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması əsas məqsədlərdən biridir.
Hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var.


Onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, məsuliyyətli davranış nümayiş etdirmək,  birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır. Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə dövlətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. 

Dövlətimizin pandemiya dövründə vətəndaşlara hərtərəfli yardımlar göstərdiyini deyən millət vəkili Vüqar Bayramov “Sherg.az”a bildirib ki, koronavirusla bağlı vətəndaşların da həmrəylik göstərməsi əsasdır. Deputatın sözlərinə görə, bütün təbdirləri dövlətdən gözləmək olaz. Bu işdə əhalinin məsuliyyətli olması lazımdır:

“Virusun təsirlərinin azalması karantin qaydalarına düzgün əməl etməyimizdən asılıdır. Yoluxma sayının azaldılması və pandemiyanın lokallaşdırılması yenidən iqtisadi aktivliyin bərpa edilməsinə imkan yarada bilər. Dövlət dəstəyi davam etdirəcək. Hər birimiz vətəndaş olaraq qaydalara əməl etməliyik. Sosial izolyasiyaya qaydalarına əməl etməklə sadəcə yaxınlarımızın deyil, bütövlükdə cəmiyyətin sağlamlığına imkan yarda bilərik”.