Gürcüstanda koronavirusa yoluxanların sayı 973-ə çatdı


Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavorusla mübarizə çərşçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 973 nəfərə çatıb.

Virus səbəbi ilə ölkədə 4851 nəfərin karantində saxlanıldığı, 231 nəfərin isə stasionar şəraitdə müalicə olunduğu qeyd olunub. Yoluxanlardan 846 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyi bu gün NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstanda hərbi xidmətdə olan 28 sülhməramlısının koronavirusa yoluxduğunu təsdiqləyib. Hərbi qulluqçular Almaniyaya məxsus xüsusi təyyarə ilə həkimlərin müşayiəti altında Gürcüstana gətiriliblər.