“İnformasiya meydanında "fake news" çoxalıb”

“Mümkün qədər ayıq-sayıq olmalı və yalan məlumatlara qarşı  mübarizə aparmalıyıq"


"Ölkəmiz müharibə şəraitindədir, torpaqlarımız işğal olunub, biz həm xarici, həm daxili düşmənlərlə üz-üzəyik".
Bunu "Sherg.az"a açıqlamasında "Milli.az" saytının baş redaktoru Anar İmanov deyib.
Baş redaktor bildirib ki, indiki şəraitdə dezinformasiya yayanlara qarşı mübarizə ciddi cəzalarla tənzimlənməlidir:

"Daxilimizdə olanlar da düşmənə işləyirlər. Son illərdə informasiya meydanında təxribatlar, dezinformasiyalar çoxalıb. Bunların hamısı düşmənin xeyrinədir. Ermənilər cəmiyyətimizdə panika, ölkəmizdə xaos yaratmaq fikrindədir. Təxribatçılara qarşı sərt cəzalar tətbiq edilməlidir. Vətən xainləri, satqınlar layiqli cəzalarını almalıdır. Anti-Azərbaycan qüvvələrə ölkəmizdə yerdə yoxdur. Hamısı həbsxanalarda çürüməlidirlər. Təxribatçıların arxasında onları maliyyələşdirən, öz çirkin siyasi məqsədlərini güdən, Azərbaycanımıza düşmən kəsilən dairələr durur. Məqsədləri stabillik adası olan, inkişaf edən dövlətimizi parçalamaqdır. Ona görə də mümkün qədər ayıq-sayıq olmalı və dezinformasiyalarla mübarizə aparmalıyıq".