Sərdar Ortaç Elnarəni dinləyib, kövrəlib

Xanəndə "Allah razı olsun" dedi

 Türk ulduzu Sərdar Ortaç sosial şəbəkədə sevilən muğam ifaçısı Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. Sənətçi xanəndənin muğamlarından birinə qulaq asdığı və zümzümə etdiyi yerdə lentə alınan videosunu instaqram səhifəsində  paylaşıb. Müğənninin gözlərinin dolması  nəzərdən qaçmayıb. 

“Sherg.az”da sözügedən videoya reaksiyasını öyrənmək üçün Elnarə xanımın özü ilə əlaqə saxlayıb. Əməkdar artist hisslərini belə ifadə edib:
"Bir millət, iki dövlətik. Bu, təkcə mənə yox,  Azərbaycan musiqisinə, muğamına olan  hörmətdir. Yenə də deyirəm bir millətik.  Dinimiz, vicdanımız, imanımız birdir. 

Dilimizi başa düşürlər. Əvvəllər SSRİ-in vaxtında Azərbaycan mahnılarına çox qulaq asmaq olmurdu. Amma indi internet əsridir, dinləyirlər. Ümumiyyətlə, musiqimiz  dünya musiqilərinin şahıdır. Bu da Azərbaycan musiqisinə verilən qiymətdir. Onun üçün Allah razı olsun. Uşaqlar da yazdılar ki, diqqətinizə görə təşəkkür edirik.