PSJ prezidenti: “Neymar və Mbappe heç vaxt getməyəcək”

PSJ klubunun prezidenti Naser Əl-Xəlaifi Kilian Mbappe və Neymarın komandadakı gələcəyi barədə açıqlama verib.
Bu barədə “RMC Sport” məlumat yayıb.
“Neymar və Mbappe dünyanın ən yaxşı oyunçularındandır.
Neymar oyunun ən yaxşısı oldu, əla oyun keçirdi. Biz komandada bəzi şeyləri dəyişən Neymarı gördük.
Hər ikisi qalacaq, onlar heç vaxt getməyəcək”, - deyə klub prezidenti bildirib.