Başqa yol yoxdur

Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir

Beynəlxalq təşkilatları məlumatlandırması yaxşıdır, amma bu, heç nəyi dəyişməyəcək

Qarabağda məskunlaşmaq istəyən Livan ermənilərinə çağırışlar davam etdirilir. Hayastan Ümumerməni Fondunun icraçı direktoru Aykak Arşamyan deyib ki, əgər Livanda yaşayan ermənilər Qarabağa köçmək istəsə, şəxsən bunu reallaşdırmağa hazırdır. Hayastan Fondu 1992-ci ildə Ermənistan prezidentinin əmri ilə yaradılıb. Bu fond Ermənistan və qondarma Qarabağın inkişafına yatırım etmək istəyən erməniləri birləşdirən yeganə təşkilatdır. Fond hər il telemarafon keçirərək toplanılan vəsaiti Qarabağdakı separatçılara, eləcə də burada məskunlaşdırma işlərinə xərclənir. 

Erməni lobbisinin çağırışlarını “Şərq”ə təhlil edən millət vəkili Əziz Ələkbərli deyib ki, Ermənistanın hər fürsətdə öz çirkin niyyətlərini həyata keçirməyə çalışır. Deputatın sözlərinə görə, Tovuz sərhədindəki son hadisələr bir daha sübut etdi ki, ermənilərlə danışıqların limiti çoxdan bitib:
“Bütün dünya şahid oldu ki, Ermənistan heç bir vəchlə işğal etdiyi Azərbaycan torpaqlarını xoşluqla azad etməyəcək. Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur. Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki ermənilərin Qarabağa köçürülməsi cəhdini Ermənistanın bu günə qədərki işğalçılıq və terrorçuluq əməllərinin davamı hesab etmək lazımdır. Azərbaycan XİN-in məsələyə operativ reaksiya verməsi, beynəlxalq təşkilatları məlumatlandırması yaxşıdır, amma bu, heç nəyi dəyişməyəcək.

Ermənilər çirkin əməllərindən geri durmayacaqlar. Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir. Livan, Suriya və s. ölkələrdən Qarabağa ermənilərin köçürülməsinin qarşısını almaq üçün bu ölkələrdə təbliğat işini genişləndirməyin faydalı ola biləcəyi fikri ilə də razı deyiləm. Ümumiyyətlə, ideoloji mübarizədə ermənilərin arxasınca sürünməkdən qurtarmaq lazımdır.

Niyə hər dəfə erməni bu və ya digər addımı atmalı, biz isə mütləq ona cavab verməliyik?! 32 ildir münaqişə davam edir, biz hələ təbliğatdan danışırıq. Əgər hər hansı məqamda hansısa təbliğata ehtiyac yaranırsa, deməli, müəyyən dövlət qurumları vaxtında öz işinin öhdəsindən gəlməyib. Cənab Prezident dəfələrlə deyib ki, müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır”.

Parlament üzvü vurğulayıb ki, əgər biz ermənilərə qarşı effektiv ideoloji mübarizə aparmaq istəyiriksə, mütləq bu tarixi münaqişənin mahiyyətini, təfərrüatını, mənşəyini və mərhələlərini, metod və üsullarını Elmi-Strateji Mərkəzə malik olmalıyıq:

“Başqa yolu yoxdur! Bu gün-sabah Qarabağ məsələsinin həlli ilə bu məsələ bitməyəcək, erməni məsələsi yüz il sonra da bizim üçün problem olaraq qalacaq. Biz yüz il sonra da erməninin ata biləcəyi addımları bu gün proqnozlaşdırmalı, erməni o addımları atmamışdan əvvəl qarşısını almalıyıq.

Bunun çox asan və mümkün yolları var. Yoxsa, ay dolma erməninin deyil, bizimdir, nə bilim, erməni rəqsimizə oynadı, mahnımızı oğurladı. Erməni kimi vəhşi, faşizm ideologiyası ilə zəhərlənmiş bir toplumla mübarizəni bu cür məişət səviyyəsinə endirmək özümüzü aldatmaqdan başqa bir şey deyil”.