Bakıda gənc qız eyvandan yıxılıb öldü

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsi 4/6 ünvanında qeydə alınıb.
1990-cı il təvəllüdlü Şəmiyeva Ayşən Rafiq qızı yaşadığı mənzilin eyvanında paltar asarkən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.