İctimai iaşə obyektlərində tətbiq olunacaq QADAĞALAR

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət zamanı qadağalar açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildrilib ki, ictimai iaşə obyektlərində xidmət qəlyan avadanlıqlarından istifadəyə icazə verilmir.
Bundan əlavə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət zamanı hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağa icazə verilmir.