Röya maraqlı paylaşım etdi

“Yanlış olmaqdansa, yalnız olmaq doğrudur”

Xalq artisti Röya Ayxan Şou-Biznesin ən mediatik simalarından biridir. O hər sözü, hər mahnısı ilə  danışılmağı bacarır.  Bütün bunlarla yanaşı müğənni sosial şəbəkələrdə kifayət qədər izləyicisi olan məşhurlarımızdadır.

Röyanın  təkcə instaqramda iki milyondan çox izləyicisi var. Sənətçi də  hər zaman onları düşünərək, tez-tez paylaşım edir. 

“Sherg.az” xəbər verir ki, müğənni  bu gün də sevənlərini həsrətdə qoymayıb, şəkilini paylaşıb. Lakin  o fotoya diqqət çəkən şərh yazıb. “Yanlış olmaqdansa, yalnız olmaq doğrudur” - deyə qeyd edib.