AKSİYA: Türk ordusu, qal! Türk ordusu, vur! - VİDEO

Türkiyənin Azərbaycandakı səfirliyinin binası önündə yüzlərlə insanın iştirakı ilə aksiya keçirilib. Qardaş ölkəyə və türk ordusuna çağırış mahiyyəti daşıyan aksiyada vətəndaşlarımız “Türk ordusu Azərbaycanda qal”, “Türk ordusu vur”, “Biz bir olmalıyıq”, “Bir millət, iki dövlət” şüarları səsləndiriblər.

Həmçinin “Türkiyənin Azərbaycanda hərbi bazası qurulsun, əsgəri olsun” sözləri yazılmış plakatlar nümayiş etdiriblər. Türkiyə bayraqları ilə səfirlik önünə toplaşan aksiya iştirakçıları Azərbaycanın xilas yolunun Türkiyə ilə daha sıx əməkdaşlıqda və hərbi müttəfiqlikdə olduğunu bəyan ediblər. Nümayişçilər bildiriblər ki, qarşımızda nə qədər çox düşmən olur-olsun, Türkiyə-Azərbaycan vəhdəti bütün düşmənləri məhv etmək gücündədir. Çünki Türkiyə ordusu çox güclüdür. 

İctimaiyyət nümayəndələrinin sözlərinə görə, qardaş ölkə səfirliyinin önündə Türkiyə ordusuna çağırış aksiyası müəyyən dairələr üçün ciddi mesajdır.