Yeni beyin implantı iflici, insult fəsadlarını, yaddaş pozğunluqlarını aradan qaldıracaq

Elon Musk yaratdığı yeni beyin implantlarını ictimaiyyətə təqdim edib.

“Sherg.az” xarici KİV-lərə istinadən xəbər verir ki, E.Muskun iddialı layihələrindən olan Neuralink beyin implantları beyinlə bağlı problemləri aradan qaldıracaq, hətta bunun vasitəsilə insanın bacarıqları genişləndiriləcək. Mütəxəssislər bildiriblər ki, onların ilk məqsədləri insanın görmə, eşitmə və danışa bilmə qabiliyyətlərini bərpa etməkdir.





 Sözügedən implantların hazırlanması tam məxfi şəkildə reallaşdırılıb. Avqustun 28-də şirkət öz ilk işlək beyin implantını sərgiləyib. Təqdimat zamanı Elon Musk bildirib ki, bir çox insanlar öz həyatlarının müəyyən zamanlarında beyin və onurğa sütunu ilə bağlı bir sıra problemlər ilə qarşılaşırlar. O, əmindir ki, Neuralink tərəfindən hazırlanan beyin implantı həmin problemləri aradan qaldırmağa qadirdir. Hazırlanan beyin implantı depressiya və həyəcanlıq kimi hisslərin öhdəsindən gəlməyə, iflici, insult fəsadlarını, yaddaş pozğunluqlarını və s. problemləri aradan qaldırmağa qadirdir.
 
Musk bildirib ki, çipin beyinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş əməliyyat xüsusi robot vasitəsilə reallaşdırılır və əməliyyat 1 saatdan çox çəkmir. Bununla yanaşı əməliyyat narkozsuz da reallaşdırıla bilər. Sinir sisteminin və ya toxumaların zərər çəkəcəkləri üzrə heç bir risk yoxdur. Hətta əməliyyatı keçirmiş şəxs elə həmin gün evinə yollana bilər. Əməliyyatdan bir müddət sonra əməliyyat yeri sağalır və kənar insanlar bilməyəcəklər ki, sizin beyninizdə xüsusi neyroimplant mövcuddur.


Qeyd edək ki, implant böyük olmayan dairəvi qəpiyi xatırladır və o, başdakı dərinin altına yerləşdirilir. Cihazın ölçüsü 23x8 mm-dir. O özündə termometr kimi bir çox ötürücüləri, naqilsiz interfeysi və batareya həcmini birləşdirir. İmplantın şarj prosesi isə maqnit adapter vasitəsilə reallaşdırılır. Güman olunur ki, şarj prosesi istifadəçinin gecələr yatan zaman reallaşdırılacaq.