Bakı zəfərinin 102-ci ili - "Azərbaycan Türk Ocağı"ndan BƏYANAT  

15 sentyabr  Türkiyə-Azərbaycan qardaşlığının tarixin sınağından şərəflə çıxdığı gündür


"Azərbaycan Türk Ocağı" 1918-ci ilin 15 sentyabrında  Bakının bolşevik-erməni, ingilis birləşmələrindən azad olunmasına dair bəyanat yayıb. Bəyanatda deyilir: 

-1920-ci ilin mayın 27-dən 28-nə keçən gecə Tiflisdə istiqlalını elan edən Azərbaycan Xalq Cümhuriyyəti xarici və daxili təhlükələrlə üz-üzə qaldı.
Sovet Rusiyasının hərbi-siyasi dəstəyi ilə Bakını zəbt edən Bakı sovetinin qoşun hissəsinin şuralar yaratmaq adı ilə Cümhuriyyətin elan edilən sərhədlərində qətliamlar həyata keçirir, Gəncəyə doğru qətliam və təcavüzü davam edirdi.


S.Şaumyanın və Andronikin hərbi dəstələri Qarabağda bolşeviklər Azərbaycan türklərini müsəlmanlara qarşı təcavüzünü həyata keçirir, Azərbaycan Cümhuriyyətini yox   etmək istəyirdilər. Niyyət bir idi.

Şaumyanın və Andronikin hərbi dəstələri Azərbaycan Cümhuriyyətini yox etmək üçün Gəncədə birləşməli idilər. Azərbaycan xalqı ağır durumda, çıxılmaz vəziyyətdə idi. Milli Şura sədri M.Ə.Rəsulzadə həmin dövrü təhlil edərək yazırdı:"Milləti bu çıxılmaz vəziyyətdən yalnız Türkiyə xilas edə bilərdi".

Bu tək M.Ə.Rəsulzadənin deyil, həmin dövr bütün Azərbaycan siyasi elitasının mövqeyi, yekdil fikri idi. 1918-ci il iyulun 4-də Türkiyə və Azərbaycan Cümhuriyyəti arasında dostluq, əməkdaşlıq müqaviləsi imzaladı və bu müqaviləyə əsasən Türkiyə ordusu Azərbaycan sərhədlərinə ayaq basdı.

Peşəkar türk hərbiçilərindən, Azərbaycan milli hərbi qüvvələrindən və çoxsaylı könüllülərdən ibarət Qafqaz İslam Ordusu formalaşdı. 29 yaşlı Nuru paşanın komandanlığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda bolşevik-erməni, ingilis birləşmələrinə qarşı 6 ay qanlı savaş aparıldı. 

Gəncədən başlayan döyüş sentyabrın 15-də Bakı zəfəri ilə sona yetdi. Türkiyə hərbi heyətindən 1146, Azərbaycan hərbi qüvvələri və könüllülərdən 2 min şəhid verildi.



Azərbaycan Cümhuriyyəti 1918-ci ilin sentyabrın 17-də təbii tarixi paytaxtına, Bakıya köçdü. Qısa vaxtdan sonra Qarabağın azadlıq savaşı çox keçmədi ki, qələbə ilə nəticələndi. Andronikin, Dronun Nejdanın hərbi qüvvələri İran ərazisinə qacdı.

Bu gün Azərbaycan dövlətçilik tarixinin şərəfli bir salnaməsinin yazıldığı gündür. 1919-cu ildə 15 sentyabr Azərbaycan milli hökumətinin qərarı ilə dövlət bayramı olaraq bütün idarə, müəssisə və təşkilatlarda qeyri-iş günü elan edilib. Milli ordunun hərbi birləşmələrinin rəsmi kecidi keçirilib.

Bu gün Türkiyə-Azərbaycan qardaşlığının tarixin sınağından şərəflə çıxdığı gündür. Bakı zəfəriniz mübarək, əziz həmvətənlər!
Yaşasın , Azərbaycan istiqlalı !