Əlikram Nofəlin qəbri üstündə hönkürtü ilə AĞLADI: “Gördüklərimi deyirəm...” - VİDEO

Faciəvi şəkildə dünyasını dəyişən gitara ifaçısı Nofəl Süleymanovun ölümündən bir həftə keçir. Dostları, yaxınları mərhumu yad etmək üçün məzarı başına toplaşıb. Gitara ifaçısını ziyarət edənlərin sırasında tanınmış müğənni Əlikram Bayramov da olub. 
“Sherg.az” xəbər verir ki, müğənni göz yaşlarına hakim ola bilməyib:
“Əziz qardaşımız, bütün sənət aləminin adından deyirəm. Allah sənə qəni-qəni rəhmət eləsin. Sənin üçün ağlayan Azərbaycan xalqının göz yaşını gördüm. Gördüklərimi deyirəm... Sən xalqın sevimlisi idin.

Evinə gəlin gətirmədin, evindən gəlin köçürmədin. Çox nakam getdin, qardaş. Sənlə o qədər çörək kəsmişəm. Məni bu kəndə qədər gətirmişdin. Allah sənə rəhmət eləsin”.