“Yaxın zamanda öləcəyəm” - Serdar Ortaç vəsiyyətini açıqladı

Uzun illərdir Multipl Skleroz (MS) xəstəliyi ilə mübarizə aparan Serdar Ortaç sosial media hesabında açdığı canlı yayım zamanı “Yaxın zamanda öləcəyəm” deyərək vəsiyyətini açıqlayıb.

Sherg.az xəbər verir ki, Uzun müddətdir MS xəstəliyindən əziyyət çəkən Serdar Ortaç son açıqlaması ilə yenidən gündəmə gəlib. Sağlamlıq vəziyyəti ilə bağlı zaman-zaman bədbin fikirlər səsləndirən sənətçi bu dəfə daha sarsıdıcı ifadələr işlədib.

Sosial mediada açdığı canlı yayımlarla tez-tez gündəmə gələn Ortaç bu dəfə pərəstişkarlarını kədərləndirib.

Son canlı yayımında o, belə deyib:

“Mənə bir söz verin, bu mahnıları yaşadın. Bunlara sağlığımda klip çəkmədilər. Heç kimə çatdırmadılar.”

“Hamı əlindən gələni etdi ki, mən batım, amma hələ də batmadım, 35 il oldu.”

Çıxışının sonunda isə:

“Yaxın zamanda öləcəyəm, bunları hamıya çatdırın” deyən sənətçi fanatlarının ürəyini sızladıb.