Feysbuk tələbələri sevindirəcək: “Anonsunu veribsə, reallaşdıracaq“ - "Facebook Campus" gəlir ! 

“Facebook” tələbələr üçün yeni sosial şəbəkə yaradıb. “Facebook” yalnız tələbələrin istifadə edə biləcəyi "Facebook Campus" adlı sosial şəbəkə yaradacaq. Bununla “Facebook” itirdiyi gənc istifadəçi kütləsini yenidən qazanmaq istəyir.

Digər “Facebook” istifadəçiləri "Facebook Campus" adlı sosial şəbəkəyə daxil ola bilməyəcəklər.

 Bu haqda “Sherg.az”a danışan İKT mütəxəssisi Səbuhi Abbasov ideyanın yaxın vaxtlarda gerçəkləşəcəyini düşünür: “Əsas məsələ istifadəçilərin data-bazasının yığılmasıdır.



“Facebook” buna bir dəfə cəhd etsə də, böyük qalmaqal yarandı. Şirkət rəhbərliyi Amerika Senatında saatlarla hesabat verməli oldu. Çünki yığılan data-bazanın mütləq əksəriyyəti saxta profillərdən ibarət idi.

Bu isə real informasiyaya söykənməmək deməkdir. Ona görə də “Facebook” həmin vaxtdan etibarən saxta profilləri silməyə və data-baza yaratmaq üçün yeni yollar axtarmağa başladı.

"Facebook Campus” da daha aktiv təbəqənin, yəni gənclərin data-bazasının yığılmasına hesablanıb. Yaxın zamanda bunun şahidi olacağımızı düşünürəm. Çünki “Facebook” indiyədək hansı tətbiqin anonsunu veribsə, o da olub”.