Tolik üzüldü: “Belə xəbərləri eşitmək çox ağırdır” 

Bu gün mediada xalq artisti Nisə Qasımovanın xərçəng xəstəliyinə tutulduğu xəbərləri yayılıb. Onun bir müddət öncə əməliyyat olunduğu da qeyd edilib. Həftə ərzində iki sənətkardan pis xəbər alan sənət dünyası dərindən sarsılıb.
Tanınmış prodüser, aparıcı Tarix Əliyev(Tolik) də hər ikisi üçün üzgün olduğunu dilə gətirib.

“Sherg.az” xəbər verir ki, o bu barədə İnstaqram səhifəsində yazıb:

“Bu gün səhər yenə də pis xəbər eşitdim. Gözəl sənətkarımız Nisə xanım Qasımova xərçəng xəstəliyindən əziyyət çəkirdi, əməliyyat olundu. Bir həftə içində həm Gülbahar xanım, həm də Nisə xanımdan belə xəbərlər eşitmək çox ağırdır, pisdir.

Allah hər ikisinə şəfa versin, inşallah. Rəbbim bu xəstəlikdən əziyyət çəkən hər kəsin köməyi olsun” 

 Qeyd edək ki, xalq artistinin xərçəng xəstəliyinə tutulduğu xəbərini “Mediapost.az” yayıb.