“Atletiko”nun baş məşqçisi koronavirusa qalib gəldi

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone koronavirusdan sağalıb.
As.com xəbər verir ki, argentinalı mütəxəssis artıq vəzifəsinə qayıdıb və komandasını məşqə çıxardıb.
Qeyd olunur ki, karantinə yerləşdirilən D. Simeonenin müalicəsi 12 gün çəkib.