Humanitar atəşkəs ! – «Əldə etdiyimiz mövqelərdə möhkəmlənməliyik»

"Humanitar atəşkəsin ən çox bizə xeyri var".

"Sherg.az"ın xəbərinə görə bu barədə araşdırmaçı-jurnalist Elçin Alıoğlu sosial şəbəkədə yazıb.

Jurnalist qeyd edib ki, bu, ən çox 3 gün (72 saat) çəkə bilən humanitar atəşkəsdir:

"Düşmənin ərazidə qalan yığışdırılması vacib minlərlə meyidi sonra xəstəliklərə səbəb ola bilər ki, bizim ətrafdakı əhalinin və ordumuzun sağlamlığına ən çox zərəri olar. Fəlakət olar.14 gün yatmayan və normal qidalanmayan hərbçilərimizə, həkimlərə istirahət vacibdir, ordunu yorub əldən sala bilmərik. İrəli getmiş hərbi qüvvələrimizə uzaqda qalan arxa cəbhə təminatını yaxınlaşdırmaq lazımdır. Əldə etdiyimiz mövqelərdə möhkəmlənmə işləri aparmaq, texnikanı sazlamaq, növbəti mərhələdə döyüş əməliyyatlarına hazırlaşmağa vaxt lazımdır. Təbii ki, bizim də ərazidə qalan canlı qüvvə itkilərimiz var. Şəhidlərimizi layiq olduğu şəkildə dəfn etməliyik. Atəş altında yaxınlaşmaq olmur".