Paşinyanın psixoloji portreti cızıldı: “Özünü elə vəziyyətə salıb ki...”

“Şəxsiyyət kimi, nüfuzunu, mənliyini çoxdan itirib”

Psixologiya insanı tanıma sənətidir. Bu baxımdan, peşəkar psixoloqlar hansı işlə məşğul olmasından asılı olmayaraq, istənilən şəxsin xarakterini və psixololoji durumunu təhlil edə bilirlər. Maraqlıdır, Ermənistan baş naziri Nikol Paşinyanın hərəkətləri onun haqqında nə deyir? Dövlət başçımızın təbirincə desək, düşük, təlxək olduğu aydındır. Bunu hər kəs bilir. Amma məsələ ondan ibarətdir ki, Paşinyan özü nə istədiyini bilmir. Necə deyərlər gah aya baxır, gah çaya...

 Amma, sən demə, bu əlamətlərin də izahı var imiş. Millət vəkili, psixologiya elmləri doktoru, professor Səməd Seyidov Ermənistan baş nazirinin psixoloji durumunu “Sherg.az”a təhlil edib: 

“Paşinyan özünü elə vəziyyətə salıb ki, nəinki psixoloq, siravi insan da onun necə acınacaqlı durumda olduğunu görər. Bilirsiz, şəxsin özünün özünə edəni el də yığışsa, edə bilməz. Paşinyan siyasətilə özünü də, ölkəsini də uçuruma apardı.

Onun indiki vəziyyətini təhlil etmək doğru deyil. Çünki ölümlə hədələnir, devrilməsi an məsələsidir. Bu gün nəinki qondarma respublikanın, Ermənistanın da varlığı sual altındadır.

Amma Şuşada sərxoş vəziyyətdə rəqs etdiyi andkı psixoloji durumu çox vacib idi. Özünə o qədər vurğun idi ki, insanlara real olmayan vədlər verirdi. Özünü  tənqid qabiliyyəti, təşkilatçılıq bacarığı olmayan şəxsin millətinin liderinə çevrilməsi çox acınacaqlıdır.

Dünən küçədə 10-15 nəfərlik mühafizə dəstəsi ilə gəzirdi ki, döyülüb öldürülməsin.

Təkrarlayıram, belə olan halda onun psixoloji durumunun əhmiyyəti yoxdur. Çünki Paşinyan şəxsiyyət kimi, nüfuzunu, mənliyini çoxdan itirib”.