Deputatdan təklif: “Ali Baş Komandana Ordu Marşalı adı verilsin”

“Təklif edirəm ki, möhtərəm Ali Baş Komandanımıza "Ordu Marşalı" adı verilsin”.


“Sherg.az” xəbər verir ki, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı Parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. M.İbrahimqızı qeyd edib ki, dünyada Vətən müharibəsindan qalib çıxmış dövlətlərin və xalqların tarixi ilə bağlı müvafiq araşdırma aparıb:



“Dünyanın bəzi ölkələrində Vətən müharibəsininin qalib liderinə Ordu Marşalı rütbəsi verilib. Bu gün Müzəffər Ali Baş Komandanımız Milli Ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazıb.

Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər, həm də ən yüksək hərbi rütbə Ordu Marşalı rütbəsi verilsin”.