Çavuşoğlu: “Razılaşma Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərə bilər”

Dağlıq Qarabağla bağlı razılaşma Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərə bilər.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının videokonfrans yolu ilə keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.
“Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma üç onillikdən sonra sülhün bərqərar olması üçün real bir fürsəti təmsil edir. Bu, mütləq regional sabitliyə, eləcə də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”, - deyə türkiyəli nazir bildirib.