Terrorçu, cani Koçaryan, Sarkisyan tarixboyu lənətlənəcək - Şəbnəm Həsənova 

"Ermənistana 20 il müddətində belə kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər"

"Ermənistanın keçmiş rəhbərləri Robert Koçaryan, Serj Sarkisyan Azərbaycan xalqına, günahsız dinc əhaliyə qarşı qətllər törətmiş hərbi cinayətkarlar, canilərdir". 

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspert bildirib ki, onlar hakimiyyətdə olduqları dövrdə öz xalqına qarşı da saysız-hesabsız cinayətlər törədiblər:

"Ermənistana 20 il müddətində belə hərbi canilər, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər. Ermənistanın hazırda düşdüyü rəzil durumun səbəbkarları da məhz bu canilərdir. Onlar Ermənistan dövlətinin təməlini terror və cinayət üzərində qurublar. Aydın görünən mənzərə odur ki, Paşinyan kənardan idarə edilən marionet bir fiqurdur. O, diktə ilə hərəkət edir və hazırda öz canını erməni xalqının qəzəbindən qurtarmaq barədə düşünür. Beləliklə, Vətən müharibəsində Prezident İlham Əliyev sadəcə Paşinyanı, Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, torpaqlarımızı işğal etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara – Koçaryana və Sarkisyana da dərs verdi, onların ordusunu məhv etdi. Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Köçəryan və Sarkisyan bir dəfə də olsun Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçdılar. Döşlərinə taxdıqları saxta “qəhrəman” ordenləri, dəmir-dümürləri də köməklərinə gələ bilmədi. Terrorçu, cani Koçaryan, Sarkisyan tarixboyu lənətlənəcək, onların adları hərbi cinayətkar kimi xatırlanacaq.

Analitik vurğulayıb ki, ermənilər illər ərzində özlərinə ağıllı, təfəkkürlü bir rəhbər seçə bilməyiblər:

"Azərbaycan isə dünya siyasi arenasında fenomen siyasətçi kimi qəbul olunan ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu peşəkarlıq və incəliklə realizə edən, düşməndən torpaq azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi iki dahi şəxsiyyət yetişdirib".