Gülay Zeynallı Kamilin həbsindən DANIŞDI 

Xəbər verdiyimiz kimi, dünən saxlanılan idmançı Kamil Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs olunub. O işğaldan azad edilən ərazilərə getməyə cəhd göstərib. Lakin ərazidə xidmət aparan polis əməkdaşları buna icazə verməyib.
Məşqçinin həyat yoldaşı Gülay Zeynallı onun həbsindən danışıb.

"Sherg.az" xəbər verir ki, o, İnstaqram səhifəsində qızı ilə K.Zeynallının fotosunu paylaşaraq bu sözləri yazıb:

"Dedim, qızım ata əsgər getdi, tez gələcək. O da cavab verdi: Ay ana, bəs deyirdin müharibə qurtardı. İlk dəfə idi ona verməyə cavabım olmadı. Allah heç bir valideyni övladı qarışısında cavabsız qoymasın".