Sünikdəki ərazilər Azərbaycanın nəzarətinə keçdi !- "Düşmən və sakinlər çaşqınlıq içində..."

"Sünikdəki ərazilərin Azərbaycanın nəzarətinə keçməsi bütün düşmən Respublikanı şoka salıb".

Bu barədə "Sherg.az"STM-in Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib. O qeyd edib ki, Sünik sakinlərinin imdad dolu yalvarışları, çaşqınlıq içərisində qalmaları, çarəsizlikdən məntiqsiz çırpınmalarının görüntüləri bütün dünyaya yayılır.

Vətəndaşları dinləyək:
"Rəhbərliymiz yoxdur, sahibsiz və yiyəsiz olsaq da, əlimizə silah almağa hazırıq.
Əgər Paşinyan getsə, iki il yarım ölkədə xaos olacaq. Biz çalışırıq ki, xaosu bitirən adamı seçək və ondan sonra ayağa qalxıb torpaqlarımızı azad edək. 1987-ci  ildən bizim xəritəmiz məlum idi,  indi biz razı ola bilmərik ki, döyüşsüz torpaqalrımızı türklərə verək, azərilər dil bilən deyil, ancaq qol gücü ilə başa düşürlər, bizim insanlar nə qədər ağıllıdır, amma onların rəhbərləri (İlham Əliyev) özünü sevdirib və sözü qəbul edilir, bizdə isə əksinədir.
Rəhbərimizin səhvindən uduzduq, bu sərhəd qanla formalaşdırılmışdı, qanla da qaytaracağıq.
Kiminsə (rəhbərlikdən) əzizlərindən biri burda ölsəydi, irəli durub sərhədləri qoruyardılar, qaçıblar, kasıbları irəli veriblər qırılırıq.
Onlar görsün, türklər öz rəhbərləri ilə necə danışırlar. Onlar sülh deyirsə, biz müharibə başa düşməliyik.
Biz, özümüz səsimizi eşitmirlərsə, döyüşəcəyik, evimizdən çıxamamalıyıq, Putin də dedi, amma baxırsan ki, əslində azəriləri müdafiə edir.
Olənlərin də sayını azaldırlar ki, az yardım versinlər, pula qənaət etsinlər.
1800 ölən, min itkin deyirlər var, 300 əsir var deyirlər, bunlara necə inanansan ki, minlərlə ailə itkin düşən uşaqlarını axtarır.
Ölkəni satanları kabinetində öldürmək lazımdır. Onlar ağ- qara yerlibazlığı, bu cavaxetiyalıdır, bu suniklidir, bu artsaxlıdır deyib ayırırlar bizi.
12-13 yaşlı qızların da əlinə silah verib meydana çıxrırsınız, bizim axı düşmən təkcə türklər deyil, içimizdəki türklər də var, onlara satılan.
Qarabağın 80 faizi türklərə verildi, sabah eviminizi də alacaqlar. Təkcə seçkilərə 7 mln ayırıblar, niyə çıxıb xalqa izah etmir ki, desin  zəifik, gücsüzük, eləcə dedi qalib gələcəyik, qaçdı gizləndi, Sünikdeə seçilən vəkilimiz hani? desin nə var…
Müharibədən əvvəl Paşinyan nə ilə məşğul idi? Axşama qədər azərilərə qoyun deyib, videolar çəkirdilər, indi buyursun, kimdir qoyun.
Ölkəm adına utanıram".

Ekspert məlum vəziyyətlə bağlı proqnoz da verib. O qeyd edib ki, Ermənistan inanılmaz xaos dumanına bürünür:

"Kabinetlərində öldürülən məmurlar, aqibəti naməlum Nikol və hakimiyyətə hərislik ilə yaxınlaşan müxalifət. Heç kim heç nədə güzəşt etmək istəmir. 
Sərhəd, Qarabağ ən sonuncu yerdə qərarlaşıb. Heç kimi düşündürmür. Hələ ideyası Azərbaycana qarşı savaşmaq olan Daşnaksütyun, ASALA... Azərbaycan qalıb kənarda, bunlar  da hakimiyyət uğrunda amansız savaşa girişiblər. Ermənistan dövləti xəritədən pozulmaq üzrədir, bütün sərhədləri boyunca yüz il davrandığı ideologiyanın qurbanına çevrilir. Amma nə olur olsun, biz davam etməli, haqqımızı almalı, elə düzgün yolla cəzalandırmaqla onları da xilas etməliyik ki, bütün Qafqaz qurtulsun. Böyük savaş davam edir!!!