Mütəxəssis deputatla razılaşmır: “Öncə mübahisəli torpaqların taleyi həll olunmalıdır”

“İnzibati ərazi bölgüsünün dəyişdirilməsi üçün iqtisadi əsaslandırma olmalıdır”

Millət vəkili, iqtisad elmləri doktoru Ziyad Səmədzadə parlamentin  maraqlı təkliflə çıxış edib. O, bildirib ki, torpaqlarımızın azad olunması ilə əlaqədər rayonların bölgüsünə yenidən baxılmalıdır.  Əlbəttə, bu, proseslə bağlı yeni statistik göstəricələrin meydana çıxması deməkdir. 

Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında təklifi belə şərh edib:

 “İnzibati ərazi bölgüsünün dəyişdirilməsi üçün iqtisadi əsaslandırma olmalıdır. Məsələ parlamentdə müzakirə edilib, qərar qəbul edildikdən sonra, prezident təsdiqləməlidir.

Düşünürəm ki, inzibati ərazi bölgüsünün dəyişdirilməsinə yox, dürüstləşdirməyə, dəqiqləşdirməyə ehtiyac var. Çünki mübahisəli torpaqların taleyinin həll olunması şərtdir”.