15 il sonra barışdılar


Türkiyəli müğənni Ebru Yaşar və İbrahim Tatlıses barışıb.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 15 illik küslülük bitib və onlar barışıblar.
Proqramlardan birinə qonaq olan Ebru bir müddət əvvəl qatıldığı "İbo Şou" verilişi zamanı İbrahimlə barışdıqlarını deyib.

İllər əvvəl proqramlardan birinə qonaq olan Yaşar Tatlıses haqqında bunları demişdi:

“İnsan sevdiyindən inciyər, küsər. Bizim İbrahimlə gözəl albomlarımız oldu. O mənim klipimdə çəkildi. Mən onun klipində. Mənə böyük dəstək göstərdi. Onun dəstəyini inkar edə bilmərəm. İbrahimin yanında olmaq mənə  məktəb oldu. Niyə küsülü olduğumuzu isə bilmirəm”.