Almaniya karantin rejimini uzadır - Merkel


Almaniya hökuməti ölkədəki karantin rejimini fevralın 14-nə kimi uzadıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel elan edib.

“Biz karantin rejimini 14 fevrala qədər uzatmalıyıq. Başa düşürük, bu tədbirlər vətəndaşlardan çox şey tələb edir, amma irəlini fikirləşmək lazımdır”, - Merkel bildirib.