Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək.
APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, görüş yanvarın 22-də baş tutacaq. 
Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Brüsseldə səfərdədir.