İran nüvə ehtiyatını 3 qat artırıb 

Ən sərt reaksiyanı İsrail verdi

İranın nüvə razılaşmasına qayıtması üçün göstərilən səylər son hadisələrlə əlaqədar olaraq, demək olar ki, suya düşüb. Ötən günlərdə İranda araşdırma aparan Beynəlxalq Atom enerjisi Agentliyi İranın 20 faiz həcmində zənginləşdirilmiş uran istehsal etdiyini təsbit edib. İran uran ehtiyatını 3 tona qədər artıraraq, icazə verilən miqdarı 15 dəfə qaldırıb. Bunun ardından AEBA-nın  ölkədə ani yoxlama etmək izni hökumət tərəfindən dayandırılıb. 

İranın bu hərəkətini pisləyən Almaniya, İngiltərə və Fransa ölkəni bu qərarından daşınmağa çağırıb. 
Proseslərə ən sərt reaksiyanı isə İsrail verib. Ölkənin baş naziri olan Netanyahu bildirib ki, bu razılaşma qüvvəyə minsə də, minməsə də İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım olan bütün addımları atacaqlar. 

Aytac Ali