Əməkdar artistdən aparıcıya xoş sözlər:“Vətəninə bənzəyən oğul!” 

Əməkdar artist Aybəniz Haşımova tanımış aparıcı Zaur Baxşəliyevlə bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, o, aparıcının uşaqlıq fotosuna bunları əlavə edib:
“Bu şəklin qəlbimi diddi, Zaur. Bu baxışlar nələr deyir...İllərlə torpaq, yurd həsrəti, məhv olan gündəlik, xatirələr, qaçqınlığın zülmü, tənələri var.
Bir gün körpə baxışların böyüyüb bütün dərdlərə sinə gəlib. Xalqına yararlı vətəndaşa çevrilmisən.
Nə yaxşı ki, doğulmusan. Bunu tək mən yox, imdadına çatdığın insanlar deyir. Var ol, çox yaşa, Vətəninə bənzəyən oğul!”