Ermənilər oğurladıqları eksponatların sərgisini keçirməyə hazırlaşır

Ermənilər elə xəstəliyə tutulublar ki, müalicə oluna bilmirlər

Elman Məmmədov: "Onların bir həkimi var, o da Azərbaycan həkimidir"


Uzun illərdir işğal altında saxladıqları ərazilərimizi talan edən, tarixi, dini, milli-mədəni abidələrimizə qarşı vandalizm aktı törədən işğalçı Ermənistan hələ də öz çirkin xislətindən əl çəkmək istəmir. Böyük bir məğlubiyyətdən sonra ağlı hələ də başına gəlməyən ermənilər Qarabağdan qaçarkən oğurladıqları eksponatların sərgisini keçirməyə hazırlaşır.

Ermənistanın Matenadaran Əlyazmalar İnstitutunda Xudavəng, Ağoğlan, Amaras, Gəncəsər və alban monastrlarından çıxarılan qədim kitablar, əlyazmalar və arxiv sənədlərinin nümayişi keçiriləcək.

Millət vəkili Elman Məmmədov "Şərq"ə açıqlamasında qeyd edib ki, düşmənin başını dəmir yumruqla elə əzmək lazımdır ki, daha belə bir şeyə cürət etməsinlər:

"Ermənilər tarix boyu bu əxlaq, tərbiyə və ağılda yaşayıb və uzun illər başqalarına aid olan tarixi, mədəniyyəti oğurlayıb özününkiləşdirməklə məşğul olublar. Kökü və mənşəyi bilinməyən bir toplum olan ermənilərin tarixi və talehi bu cür yoğrulub.

Əslinə qalsa, onlara toplum demək belə günahdır. Ermənistan dəfələrlə oxşar hərəkətləri ilə bütün dünyada ifşa olunub.

Bütün iddiaları həmişə iflasa uğrayan ermənilərin ağlı 44 günlük şanlı zəfərimizdən sonra da başlarına gəlməyib. Yenidən müxtəlif şüarlar səsləndirir, sərsəm fikirlər bildirirlər.

Gərək onların başını elə əzəsən ki, bir də özlərinə gələ bilməsinlər. Tarixdən də göründüyü kimi dünyada "erməni xəstəliyi" deyilən bir şey var. Onlar bu xəstəliyə tutulublar və müalicə oluna bilmirlər. Ermənilərin təkcə həkimi isə Azərbaycan əsgəridir.

Ancaq başlarına dəmir yumruq dəyəndən sonra ağıllanmaları mümkündür. Əks təqdirdə imkan tapan kimi yenə öz xislətlərini nümayiş etdirməyə çalışacaqlar".

Aytac Ali