Komitə sədri: “Bu vəziyyət qanun pozuntusudur”

Mərkəzi Klinika Xəstəxanasında karantin qaydalarının pozulması ilə bağlı foto yayılıb. İnsanlar klinikanın dəhlizində müayinə üçün gözləyən zaman heç bir sosial məsafə saxlanılmayıb. Dəhlizdə sıxlığın olması da karantin qaydalarının pozulması deməkdir. Bu haqda müəssisənin açıqlamasında  fotonun hava soyuqkən lentə alındığı bildirilib:
“Konstitusiyaya görə, klinikaya müraciət edən hər bir xəstənin müalicə almaq hüququ var. Klinikada əməliyyatdan sonra sarğıya, ambulator və poliklinik müalicəyə gələn xəstələr həkim müayinəsinə buraxılır. Görünütlər də həmin vaxt çəkilib”.

Koronavirus isə havanın soyuqluğunu nəzər almadan insanlara yoluxmağa davam edir.




Məsələni  “Sherg.az”a dəyərləndirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı bunları söyləyib:

“Xəstəxana deyil, restoran, mağaza olsun, fərqi yoxdur. Operativ Qərargahın müəyyən etdiyi normalara, qaydalara əməl olunmalıdır. İnsanlar arasında sosial məsafə gözlənilməlidir. Qapalı məkanlarda tez-tez hava dəyişdirilməlidir, maskadan istifadə edilməlidir. Əslində bu epidemioloji tədbirlər haqqında qanunun pozulmasıdır”.