"WhatsApp"ın yeni özəlliyinin ekran görüntüsü sızdı


Texnoloji inkişafla bağlı xəbərləri sızdırmaqda məşhurlaşan "WABetaInfo", WhatsApp-ın üzərində işlədiyi yeni xüsusiyyətləri açıqlayıb.

"Sherg.az" xəbər verir ki, saytda paylaşılan məlumata görə, "Whatsapp" istifadəçilərinə səsli mesajlarda 1x, 1,5x və 2x oynatma sürətləri təqdim edəcək. Bu o deməkdir ki, səsli mesajlar daha sürətli və ya daha yavaş dinlənilə bilər.

Tezliklə elan edilməsi gözlənilən xüsusiyyətin qısa müddətdə beta istifadəçilərinə təqdim edilməsi və daha sonra həm iOS, həm də Android cihazlarında tətbiqetmələrə quraşdırılması gözlənilir.