Dövlət himnini bilməyən gözəli sosial media “linç” etdi

“Namus açıq-saçıq fotolarla ölçülmür” 

Şəvval Şahin 2018-də Türkiyə gözəli seçilib. Bu günlərdə isə Türkiyə gözəli sosial medianın hədəfinə çevrilib. Birincisi, qonaq olaraq qatıldığı tv proqramda ona verilən suallara cavab tapa bilməyib.


Aparıcının “İstiqlal marşı”nı söyləyə bilərsinizmi?” xahişinə səssiz qalması, üstündən bir də “Atatürkün hər hansı bir kəlamını bilirsinizmi? Türkiyədə neçə coğrafi bölgə var?” suallarıını da cavabsız qoyması və yaşadığı uğursuzluğa daha artıq dözməyərək studiyanı tərk etməsi Şəvval Şahini Türkiyə ictimaiyyətinin gözündən düşürdü.  Məlum oldu ki, Türkiyə gözəli tələm-tələsik Amerikaya gedib. Amma fotoqraf olan sevgilisi Yigit Markus Aral ona dəstək oldu. Yigit Aral açıq-saçıq fotolarıyla gündəmə gələn Şəvval Şahini “namus fotolarla ölçülməz” sözləriylə dəstəkləyib.  Şəvval Şahin də “İstiqlal Marşı”nı oxusaydım, nümunəvi türk qadınımı olacaqdım? 6 yaşından İngiltərədə böyümüşəm. İngiliscə təhsil almışam. Bəzi mövzuları bilməməyim normaldı. Buna görə türklüyümə şübhə düşürmü?!” açıqlamasını verib. Balidən İstanbula dönən çütlük Nişantaşında görüntülənib. Yigit Aral “onsuz da burda qalmaq kimi bir planımı yoxdur. Yaxşı ki, Şəvval belə məsələləri özünə dərd etmir. Başqası olsyadı, depressiyaya düşərdi” deyib. Aral, modelliklə məşğul olan  sevglisinin zaman-zaman sosial media hesabı üzərindən paylaşdığı fotolarına görə təpki almasıyla bağlı yenə də ona dəstək olub: “mən onu qısqanmıram. Bu, bizim işimizdi. O fotoları onsuz da mən çəkirəm. Biz bi fotolara abırsız bir şey kimi baxmırıq. Biz özümüzü çəkirik. Nəticədə, gənc və sağlıqlı zamanında foto çəkdirməyəcəksə, daha nə zaman çəkdirəcək?!” deyib.