Nüşabə Nadirlə razılaşmır:"Açıq-saçıq geyinmək adi haldır"

Müğənni Nadir Qafarzadə Bakıda açıq-saçıq geyimdə küçədə dolaşan bir xanımın videosunu paylaşaraq onu tənqid edib. O, həmin görüntülərə “ Azadlıq. Azərbaycanda qadın azadlığı digər ölkələrdən çox irəlidədir” deyərək ironiya ilə rəy yazıb.

“Sherg.az”ın məlumatına görə onun postuna həmkarı Nüşabə Ələsgərli münasibət bildirib. Xanım müğənni bu komenti ilə diqqət çəkib:

 “Biz xarici ölkələrə gedən belə geyinənləri də görürük. Təəccüblənmirik, çünki onlarda açıq-saçıq geyinmək adi haldır. Ona görə maraqlı da gəlmir. Biz də bu tip paltarlara adi baxanda onlar da geyinməyəcək. Maraqsız olacaq. İndi isə qızlar açıq geyinməklə diqqət çəkmək istəyirlər. 

Kimsə fikir verməsə, geyinməzlər”.