Tolikdən Damlaya replika: “PR belə aparılır”

Müğənni Damlanın prodüseri Şamil İbrahimovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. Onun İstanbuldan Rusiyaya qayıdarkən hava limanında saxlanıldığı söylənilib. Hətta Şamilin qolları qandallı halda görüntüləri paylaşılıb. Bu barədə Ş.İbrahimovun yaxınları mətbuata açıqlama verərək xəbərin həqiqəti əks etdirmədiyini, fotonun Damlanın klipindən bir kadr olduğunu bildiriblər.
“Sherg.az” xəbər verir ki, Şamilin həbs olunması xəbəri sosial şəbəkələrdə gündəm olub.
Hər kəs bu hadisəni müzakirə edib. Xəbəri paylaşan səhifələrdə birində aparıcı Tarix Əliyev ( Tolik) rəy yazıb. O, “Klipin PR-ı belə aparılır” deyib.