"...Vüqar Biləcəriyə qarşı hörmətsizlikdir"- Tolik kimə qəzəblənib?

Son günlər sosial şəbəkələrdə mərhum meyxanaçı Vüqar Biləcərinin məclislərin birində dediyi "Ayə, çəkilin Bəşir gəlir" meyxanası trend olub. "Tik-Tok"da həmin meyxana ilə videolar çəkilir, İnstaqramda paylaşımlar edilir.

Bir qrup gənc isə sözügedən meyxanaya klip hazırlayıb. Lakin söz ustadının kupletinin "remix" formasında təqdim olunması və klipin bayağılığı Vüqar sevənləri qəzəbləndirib. 

"Sherg.az" xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) də həmin klipi kəskin tənqid edib. O, İnstaqramın "story" bölməsində bunları yazıb:

"Bu gün bilmişəm ki, "Çəkilin, Bəşir gəlir" meyxanasının müəllifi gənc yaşda böyük hörmət qazanan, söz ustadı Vüqar Biləcəridir. Eyni zamanda bir sənətkara ediləcək ən böyük hörmətsizlik nümunəsi olan görüntüləri də izlədim. Ailəsi belə bir klipin çəkilişinə "halallıq" veribsə, bu Vüqara və onun sənətinə sayğısızlıqdır".