Aparıcı: "Belə sənətkarın ölümü də urvatsız olur” - Kimə "söz vurdu"? 

Tanınmış aparıcı Rövşanə Ağasəfqızı Feysbuk statusu ilə diqqət çəkib. O iddalı bir cümlə yazıb.
“Sherg.az” xəbər verir ki, R.Ağasəfqızı kimə "söz vurduğunu" açıqlamasa da satatusu müzakirələrə səbəb olub. Aparıcı bunları qeyd edib:
“Sənətkar adam kimi adam deyilsə, ölümü də urvatsız olur”.
Jurnalistin postuna müğənni-bəstəkar Murad Arif "Ümumiyyətlə qəşəng söhbətdir və bir çoxuna da aiddir" deyə münasibət bildirib. R.Ağasəfqızı sənətçinin komentinə belə cavab verib: "Əlbəttə. Bəzən sənət kənarda qalır. Şəxsiyyətini qabardıb bihörmət edirlər".