Dəhşətli statistika! Dünya əhalisinin sayı sürətlə azalır - ŞOK rəqəmlər

2100-cü ilədək hansı ölkədə nə qədər əhali qalacaq? 

Hazırda dünya əhalisinin sayı 7,5 miyardı ötür. Alimlərin araşdırmasına və hesablamalarına görə, hazırda dünyanın ən çox əhalisi olan ölkələr 2100-cü ilədək əhalisinin yarısını itirəcək. "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, bəzi ölkələrdə əhalinin sayı azalacaqsa da, bəzilərində sürətlə artacaq. Bu isə həmin ölkələrə yoxsulluq və aclıq gətirəcək. Alimlər 2100-cü ilədək dünya əhalisinin sayının 16 milyarda çatacağını bildirir. Lakin bu, Yer planetində əhalinin  bərabər paylaşımı olmaycaq.   World İndex-in The Lancet-in məlumatlarında hansı ölkələrdə nə qədər əhali yaşayacağı bu şəkildə açıqlanıb:
 
Çin – 2020:1 milyard 393 – 2100:732 milyon
Hindistan 2020: 1,353 – 2100: 1,09 milyard
Nigeriya 2020: 195,9 milyard  - 2100: 791 milyon 
ABŞ  2020: 328.2 milyon – 2100: 336 milyon 
Pakistan  2020:  212 milyon  -  2100: 248 milyon 
Konqo 2020: 84 milyon  -  2100: 246 milyon
İndoneziya 2020: 267 milyon  -  2100: 229 milyon
Efiopiya  2020: 84 milyon  - 2100: 223 milyon. 

Sonrakı sıralarda 2100-cü ildə artacaq əhali sayı ilə Misir, Tanzaniya yerləşib.  Məlumatdan görünür ki, hazırda bir milyar yarım insanın yaşadığı Çində 2100-cü ilədək əhali sayı yarıbayarı azalacaq.  Çin əhali sayını görə üçüncü sırada yer alarkən Hindistan birinci, Afrika ölkəsi Negeriya isə üçüncü sırada yer alacaq. 

Araşdırmalara görə, dünyanın ən çox əhali sayı olacaq ölkələrin 10-u Afrika qitəsinin payına düşəcək. Dünya üzrə əhali artımındakı bu təlatümlər özüylə bərabər yoxsulluq və müharibələr gətirəcək.