Gəncə sakini özünə xəsarət yetirib

Gəncə sakini özünə kəsici alətlə xəsarət yetirib.  

"Sherg.az"  APA-a istinadən xəbər verir ki, hadisə Dədə Qorqud küçəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Mirzəyev Təvəkkül Talış oğlu hər iki qollarının və bədəninin müxtəlif hissəsinin kəsiyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 54 yaşlı kişi əsəbiləşərək özü-özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.