İzzət aparıcılıq edəcək 

Müğənni İzzət Bağırov aparıcı kimi çalışmağa başlayıb.
“Sherg.az” xəbər verir ki, onun “İzzət şou” adlı proqramı MTV Azərbaycanda yayımlanacaq. Bu barədə sənətçinin özü məlumat yayıb.
İnstaqramda verliş çəklişindən görüntüləri paylaşan İ.Bağırov ilk qonaqlarının Fərda Xudaverdiyev və Röya Ayxan olduğunu söyləyib.
Həmçinin hər həftənin beşinci günü efirdə olacağını bildirib.